Kamran Ağayev penaltini belə dəf etdi

Day.Az представляет новость на азербайджанском языке

Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bu gün "Boavişta"nın heyətində Portuqaliya çempionatının növbəti oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, 30 yaşlı qolkiper VII tur matçında "Moreyrense" ilə ev qarşılaşmasında forma geyinib.

Qarşılaşmanın baş hakimi 26-cı dəqiqədə "Boavişta"nın qapısına penalti təyin edib. Amma Kamran qonaqlara sevinmək imkanı verməyib. O, Roberto Rodriqonun zərbəsini dəf edərək komandasını xilas edib.

Portuqaliya çempionatı, VII tur

21:00. "Boavişta" - "Moreyrense" - 2:0

Qollar: Roça Lukas, 30, İdris, 86

Videonu izləmək üçün şəkilə klikləyin.

Kamran Ağayev penaltini belə qaytardı

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.