İstirahətə gedən gənc mal-qara oğurlayıb 2 minə satdı

Day.Az представляет новость на азербайджанском языке

İstirahət etmək məqsədi ilə gəldiyi rayondan 15 baş inək oğurladı.

ARB TV xəbər verir ki, Ağstafadan Tovuzun dağ kəndlərinə dincəlməyə gələn Köçəsgər kənd sakini, 22 yaşlı Nurlan Misirov əvvəlcə rayonun Dondar Quşçu kənd sakini Aqil Ələkbərovun 8 baş inəyini örüşdən oğurlayıb.

İşini ehtiyatlı tutan "qəhrəman" mal-qaranı yaxın ərazidə deyil, Bərdə bazarında sataraq 2 min manat gəlir əldə edib. Biznesinin uğurlu olduğunu zənn edən gənc Azaflı kəndində də 7 baş iribuynuzlu heyvanı oğurlayıb. Mal-qaranı ərazidən çıxara bilən Nurlanı Tovuz polisi iş başında saxlayıb.

Gəncin digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
İstirahətə gedən gənc mal-qara oğurlayıb 2 minə satdı