"Zaur Kamalla bir il küsülü qaldıq"

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Faiq Ağayev "Xəzər"in aparıcısı Zaur Kamalla küsülü imiş.

Day.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "5/5" verilişində deyib.

İfaçı bir il küsülü qaldıqlarını bildirib:

"Konfliktdən zəhləm gedir. Var gücümlə çalışıram ki, münaqişə yaranmasın. Yarananda isə cavab verirəm. Mən "Gəlin dostcasına yaşayaq" deyənlərdənəm. Bir qalaq müğənni var ki, mənim üçün sino gedir. Başqasının uğurunu həzm edə bilməyənlər var. Bir-iki nəfər mənimlə danışmırsa, dünya dağılacaq? Mən Zaur Kamaldan da incimişdim, bir il danışdırmadım. İndi barışdıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.