https://news.day.az/azerinews/839506.html Namiq Qaraçuxurlu: "Bəzi meyxanaçılarla aramız soyumağa başladı" - VİDEO

Namiq Qaraçuxurlu: "Bəzi meyxanaçılarla aramız soyumağa başladı" - VİDEO

Azərbaycanca, 10 ноября 2016 14:56 (UTC +04:00) 1 288
Namiq Qaraçuxurlu: "Bəzi meyxanaçılarla aramız soyumağa başladı"

Day.Az представляет новость на азербайджанском языке

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan meyxanaçı-müğənni Namiq Qaraçuxurlu maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, sevilən ifaçı "Rəvayət" klipindən danışıb:

""Rəvayət" adlı klipimin ümumi büdcəsi heç 300 manat eləmirdi. Bu pulu da Muğamat adlı dostumuz qarşılamışdı. Peşəkarlıq baxımdan aşağı səviyyəli iş ola bilər. Amma əsas görülən işdir. Bu, bir baryer idi və biz bunu keçməliydik. Şükür, bacara bildik".

Tanınmış meyxanaçı yaşadığı problemlərdən söz açıb:

"Problemlər yaşadıq. Qarşımızı çox aldılar. Paxıllığımızı çox çəkdilər. Deyirdilər ki, meyxana nədir, klip nədir. Sonra konsert hazırladıq, bəzi meyxanaçılar 1 gün qabaq dedilər ki, gəlmirik biz. Hər vəchlə çalışırdılar ki, konsert alınmasın. Amma ətrafımda olan dostlarım sağ olsun. Bundan sonra bəzi meyxanaçılarla aramız soyumağa başladı".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости