https://news.day.az/azerinews/840139.html Azərbaycanda qəbiristanlıqdan oğurluq etdilər

Azərbaycanda qəbiristanlıqdan oğurluq etdilər

Azərbaycanca, 12 ноября 2016 13:01 (UTC +04:00) 1 302
Azərbaycanda qəbiristanlıqdan oğurluq etdilər

Day.Az представляет новость на азербайджанском языке

Cəlilabad rayonunda qəbiristanlıqda oğurluq olub.

Day.Az APA-ya istindən bildirir ki, hadisə ötən axşam şəhərin Cavadxan küçəsində yerləşən mərkəzi qəbiristanlığında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər qəbiristanlığın yenicə çəkilmiş hasarın 50 metrlik hissəsini sökərək materialları aparıblar. Hadisə barədə ətraf ərazidə yaşayan sakinlər bu gün səhər saatlarında xəbər tutublar.

Sakinlərin sözlərinə görə, əvvəllər də qəbiristanlığın müəyyən hissəsinə çəkilməsi üçün alınmış dəmir konstruksiyalı 30-dan çox hasar layları naməlum şəxslər tərəfindən  avtomobilə yüklənərək oğurlanıb.
 
Faktla bağlı polisə məlumat verilib. Hadisə törədənlərin tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости