Şəmkirdə yük avtomobili yandı, sürücü son anda xilas oldu

Day.Az представляет новость на азербайджанском языке

Şəmkirdə yük avtomobili yanıb.

Day.Az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Dəllər Cəyir kəndində "İveco" markalı, yük avtomobilinin mühərriki, kabinə hissəsi və 1 ədəd təkər yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

XXX

Şəmkirdə yük maşını yanıb.

ARB TV xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib.

Qazax rayon sakini, 57 yaşlı Namaz Namazov idarə etdiyi  "İVECO" markalı iri tonnajlı yük avtomobili ilə Qazax rayonundan Şəki şəhərinə sement aparan zaman maşının salonu alışıb. Tək olan sürücü alovun motor hissəsindən qaynaqlandığını görərək tez maşını tərk edib.

Hadisə yerinə Şəmkir Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda söndürülsə də, yük maşınına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.