https://news.day.az/azerinews/842814.html Nadir Qafarzadə stüardessa ilə dava edib? - AÇIQLAMA

Nadir Qafarzadə stüardessa ilə dava edib? - AÇIQLAMA

Azərbaycanca, 21 ноября 2016 15:54 (UTC +04:00) 1 316
Nadir Qafarzadə stüardessa ilə dava edib?

Day.Az представляет новость на азербайджанском языке

Nadir qalmaqal barədə danışdı: "Qanun qarşısında cavab verəcək"

Mətbuatda müğənni Nadir Qafarzadə Rusiyanın "Aeroflot" şirkətinin əməkdaşı arasında insident baş verməsi xəbəri dərc olunub. Məlumatı dəqiqləşdirmək üçün Day.Az müğənni N.Qafarzadə ilə saxladı. İfaçı isə bu xəbəri təkzib etdi: "İlk öncə bildirim ki, mən "Aeroflot"la yox, "Azal"la uçuş etmişəm. Bu xəbər isə kökündən yalandır. Məlumatı dəqiqləşdirmək üçün mənə bir jurnalist zəng etdi, söylədim ki, "yalandır". Bu tip xəbərləri mənim düşmənlərım yayır. Mən heç siqaret çəkmirəm, o ki qaldı içki içəm. Bəzi saytlar artıq bilmirlər ki, barəmdə nə yazsınlar ki, reytinq qazansınlar. Amma indidən xəbərdarlıq edirəm ki, barəmdə hər hansı bir əsassız yazı dərc edənlər qanun qarşısında cavab verməli olacaqlar".

Qeyd edək ki, qafqazinfo.az N.Qafarzadənin Moskva-Bakı səfəri zamanı stüardessa ilə mübahisə etdiyi barədə xəbər yazıb. Xəbərdə bildirilirdi ki, mübahisəyə səbəb isə Nadirin əlavə spirtli içki istəməsi olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости