Metroda ayağını ayağının üstünə aşırıb oturan aparıcıya təpik atdılar

Day.Az представляет новость на азербайджанском языке

Aparıcı İpek Atcan metroda ayağını ayağının üstünə qoyub oturduğu üçün tənqid olunub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə İpek özü "Twitter" səhifəsində yazıb. Onun sözlərinə əsasən, metroda oturub qatarın gəlişini gözlədiyi vaxt ilginc hadisə ilə rastlaşıb.

"Qatarın gəlməsinə 3 dəqiqə var idi. Mən də ayağımı ayağımın üstünə qoyub oturmuşdum. Kənardakı insanlara baxırdım. yanımda bir yaşlı qadın var idi. Bir kişi də o yana gedib, bu yana gəlir və mənə baxırdı. Bir də üzünü mənə tutub dedi ki, niyə ayağımı ayağımın üstünə aşırım oturmuşam və təpik atdı", - deyə Atcan vurğulayıb.

Aparıcının  deyir ki, zərbə ona dəyməsə də, amma qəlbini incidib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.