Qaz olmayacaq

Day.Az представляет новость на азербайджанском языке

Noyabrın 30-da saat 10:00-dan 16:00-dək "Qaz İxrac" İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Altıağac", saat 10:00-dan 13:00-dək Qazax magistral qaz kəmərləri sahəsinin "Xoşbulaq" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Day.Az APA-ya istinadən xəbər verir ki, təmir müddətində Xızı rayonunun Altıağac, Qızılqazma və Yalınca, Daşkəsən rayonunun isə Zağalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.