Azərbaycanda ağır qəza:

Day.Az представляет новость на азербайджанском языке

Beyləqan rayonunda ağır yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, Daşburun kəndi yaxınlığında "VAZ 2106" markalı, 15 BA 006 dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sükan arxasında olan 53 yaşlı kişi aldığı xəsarətlərdən vəfat edib.

Bildirilir ki, ölən şəxs hərbçidir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.