Bu üsulla ağciyərlərinizi 72 saatda təmizləyin

Day.Az представляет новость на азербайджанском языке

72 saatda ağciyər təmizliyi ilə özünüzü daha gümrah və sağlam hiss edərək, nəfəsinizin açıldığını, rahat hərəkət etdiyinizi görəcəksiniz.

Gecce.az deyerler.org-a istinadən bildirir ki, ancaq aşağıdakı 6 addımı düzgün tətbiq etməlisiniz. Həmçinin bu proses ərzində, siqaret və haram spirtli içkidən uzaq dayanmaq, havasız mühitlərdən uzaqlaşmaq lazımdır.

Addım 1: Ciyərlərinizi təmizləmək üçün bilməyiniz lazım olan ilk şey - pəhriz etmək və süd məhsullarını bol-bol istehlak etməkdir. Bədəndəki toksinləri 72 saatda atmağın ilk addımı - süd məhsulları ilə qidalanmaqdır.

Addım 2: Ağciyər təmizliyinin ilk günündə yatmazdan əvvəl bir stəkan təbii bitki çayı içməlisiniz. Səhər qalxdıqda ağciyərləri yormamaq üçün 300ml su içinə 2 ədəd limon sıxın və acqarına için.

Addım 3: Ertəsi gün səhər 300ml qreypfrut şirəsi və ya ananas suyu için.

Addım 4: Səhər yeməyi və günorta yeməyi arasında 300ml yerkökü suyu istehlak edilməlisiniz. Bu meyvə suyu sizə yardımçı olacaqdır.

Addım 5: Son günün səhərində kalium baxımından zəngin bir meyvə suyu içməlisiniz. Təxminən 400ml qədər olmalıdır. Çünki kalium böyük bir təmizləyici vəzifəsi görür.

Addım 6: Son gün əsas olaraq 400ml zoğal suyu içilməlidir. Ağciyərlərdə olan bakteriyaları və infeksiyaları təmizləmək üçün zoğal suyu çox işə yarayır.

Gün ərzində içdiyimiz meyvə sularının bədəndən atılması üçün idman olduqca vacibdir. Tər yolu ilə qanda və ağciyərdə toplanan toksinlərin atılması üçün gündəlik 20 dəqiqə yüngül məşqlər edilməlidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.