Azərbaycanda qeyri-neft sektoru gələn il 2,5 faiz artacaq

Day.Az представляет новость на азербайджанском языке

"2017-ci ildə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun real artımı 2,5 faiz həcmində proqnozlaşdırılır".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə gələn ilin dövlət büdcəsi və 2017-ci və növbəti 3 il üçün sosial-iqtisadi konsepsiyası layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.

Büdcə zərfi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasındə müzakirə olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.