Azərbaycanlı və iranlı xanımlar döyüşdülər

Day.Az представляет новость на азербайджанском языке

Bakıdakı "Tunel klub"da kikboks üzrə qadınlar arasında ilk peşəkar turnir keçirildi.

Milli.Az bildirir ki, bir neçə aydır qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Anar Süleymanovun rəhbərliyi ilə yarışa ciddi hazırlaşan 8 kikboksçumuz İran İslam Respublikasının eyni sayda idmançılarını rinqdə sınağa çəkdilər. Gərgin mübarizə şəraitində keçən turnir maraqlı döyüşlərlə yadda qaldı. Yekunda yığmamız 3:1 hesabı ilə qonaq komandaya qalib gəldi. Sonda xatirə şəkli çəkildi və qalib və mükafatçılara diplom, medallar təqdim edildi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.