"Evdə kişi oturmalı, qadın ona çay verməlidir"

Day.Az представляет новость на азербайджанском языке

"Hər şey daxil" verilişi tanınmışlar arasında sorğu apararaq, "Xanım ev işləri görməlidir" sualına münasibət öyrəniblər.

Axşam.az tanınmışların cavablarını təqdim edir:

Əməkdar artist Nahidə Orucova:

"Qadın evinin həm qulluqçusu, həm də xanımı olmaldıır. Xanımın əlindən hər iş gəlməlidir. Əgər çalışırsa, ev işlərinə vaxtı qalmırsa, köməkçi tutsun. Amma yenə də yeməyi özü hazırlamalıdır. Bəzi kişilər qadın üçün canından keçir, ona qulluqçu, uşağına baxıcı tutur. Qadın işləmirsə, evdə oturursa, niyə köməkçisi olmalıdır? İndi paltaryuyan, qabyuyan maşın var. Ev işləri daha da asanlaşıb".

Müğənni Manaf Ağayev:

"Zəhmətkeş xanımlarımız var. Bəziləri çox işlədiyindən evdarlığa vaxtları qalmır. Belələrinə köməkçi lazımdır. Amma ən azından həyat yoldaşına asan hazırlanan yemək bişirməlidir: pomidor-yumurta, qayğanaq hazırlasın. Onu etmirsə, nə deyəsən? Evində qonaq çox olar, işlərə gücü çatmazsa, köməkçi edər. Evimizdə köməkçimiz var, amma yoldaşım hər şey də edir. Gözəllik odur ki, kişi otursun qadın ona çay versin. Qadının gözəlliyi onun səliqəsindədir. Qadın olan ev təmiz olmalıdır".

Əməkdar artist Elnarə Abdullayeva:

"Qadın evinin həm xanımıdır, həm də qulluqçusudur. Kim olursan ol, nə qədər varlı olursan ol, evdə uşağa baxan olsa da, ana övladına qulluq edəcək. Evində min çalışanın olsa da, işlərə qadın nəzarət etməlidir. Yeməyini də özün etsən, hamısından yaxşıdır. Yeməyi az bişirməyi xoşlayıram. Bir dəfə yeyilsin bitsin. Sabaha xörək qalmaz".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.