Sosial turizmlə məşğul olanlara güzəşt və imtiyazlar veriləcək

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda sosial turizmin inkişaf etdirilməsi məqsədi ilə turizm infrastrukturu subyektləri üçün güzəşt və imtiyazlar tətbiq ediləcək.

Day.Az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində nəzərdə tutulub.

Layihəyə görə, bu güzəşt, imtiyaz və ayırmalar turizmi inkişaf proqramlarında təsbit ediləcək. Həmin güzəştlər və imtiyazlar müvafiq proqram vəsaiti hesabına əvəzləşdiriləcək.

Sosial turizm üzrə uzunmüddətli və qısamüddətli güzəşt və imtiyazlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Layihəyə görə, dövlət sosial turizm sahəsində kiçik sahibkarlığı dəstəkləyəcək.

Layihədə qeyd edilir ki, dövlət və bələdiyyələr sosial turizm layihələri çərçivəsində öz əmlaklarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeyri-kommersiya təşkilatları, bələdiyyələr üçün istifadəyə verəcəklər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.