Nailə Mirməmmədli əsəbiləşdi:

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin adından sosial şəbəkədə saxta profil açılıb.

Axşam.az-ın məlumatına görə, bəstəkar N.Mirməmmədli bu hadisədən çox əsəbiləşdiyini bildirib: 

"Bu gün xəbərdar olmuşam ki, İnstaqramda "Nailə Mirməmmədli" adında istifadəçi var. Diqqətlə fikir verib gördüm ki, hər dəqiqə paylaşımlar edilir. Elə çıxır ki, mənim işim-gücüm yoxdu, oturub, şəkillər paylaşıram. Həmin profili açan adamı axtarıram. 

Tapsam, onu cəzalandıracam. Yox, fanatımdırsa, "çox sağ olsun" deyirəm, lazım deyil.  Mən "Facebook"dan da istifadə etmirəm. Yalnız "Whatsapp" dan istifadə edirəm. Ona da səbəb musiqilərimi o sosial şəbəkə vasitəsi göndərirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.