Keçmiş inspektor dələduzluğa görə tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Ağcabədi rayonunda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Day.Az-ın report-a istinadən məlumatına görə, Laçın rayonunun Şeyvanlı kənd sakini Müqavil Baxış oğlu Baxışov həmyerlilərini işə düzəltmək adı ilə onlardan xeyli miqdarda pul alaraq mənimsəyib.

Milli.Az xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Elxan Cəfərov bildirib ki, M.Baxışov vətəndaşların etibarından sui-istifadə etməklə külli miqdarda vəsaiti ələ keçirib: "Laçın Rayon Polis Şöbəsinə Müqavil Baxışov barəsində şikayət daxil olandan sonra əməkdaşlarımız əməliyyat-axtarış tədbirlərinə başlayıblar. O, bir müddət gizlənərək istintaqdan yayınıb, lakin hüquq-mühafizə orqanları onu saxlayaraq istintaqa cəlb ediblər. İstintaq Müqavil Baxışovun digər oxşar cinayətlərdə əlinin olduğunu istisna etmir".

E.Cəfərovun sözlərinə görə, M.Baxışov Laçın Rayon Təhsil Şöbəsinin inspektoru vəzifəsində çalışarkən dələduzluq edib.

Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, M.Baxışov Laçın Rayon Təhsil Şöbəsinin inspektoru, daha sonra isə müəllim kimi fəaliyyət göstərib. O, ötən il vəzifəsindən və müəllimlikdən kənarlaşdırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.