Özil və Di Maria "Real Madrid"ə qayıdır?

Day.Az представляет новость на азербайджанском языке

Mesut Özil və Anhel Di Maria yenidən "Real"a qayıtmaq istəyir.

Day.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə məlumat yayan "Marca" hər iki futbolçunun danışıqlara hazır olduğunu qeyd edir.

2014-cü ildə "Real"ı tərk edəndən sonra Di Marianın karyerasında eniş müşahidə olunur. Argentinalı yarımmüdafiəçi hazırda çıxış etdiyi PSJ-nin oyun sxeminə alışa bilmir. Özilin "Arsenal"la müqaviləsi 2018-ci ildə başa çatacaq. Almaniyalı havbek "topçular"la yeni müqavilə imzalamaq istəmir. Bu isə onun İspaniya Primerasına qayıtmaq ehtimalını artırır. "Real Madrid"in prezidenti Florentino Perez vəziyyəti diqqətdə saxlayır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.