Ağcabədi sakinləri Qazaxda 25 qoyun oğurladılar

Day.Az представляет новость на азербайджанском языке

Qazaxda mal-qara oğurluğu ilə məşğul olan qrupun daha iki üzvü saxlanılıb.

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, polis əməkdaşları bu dəfə Ağcabədi rayon sakini Xasay Kərimov və şəhər sakini Vüqar Məmmədovu yaxalayaraq istintaqa təhvil veriblər.

Qeyd edək ki, oktyabrın 2-də Qazax rayon sakinləri Sevda Kərimova və İlqar Qarayevə məxsus 25 baş qoyun naməlum şəraitdə oğurlanıb. Zərərçəkənlər hadisədən dərhal sonra yerli polis şöbəsinə məlumat veriblər. Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində heyvanları  oğurlamaqda şübhəli bilinən qrupun bəzi üzvləri isti izlərlə saxlanılsa da, digər iki nəfər məsuliyyətdən yayınmağa çalışırdı.

Hazırda qrup üzvlərinin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.