Şir uşaqların gözü önündə təlimçini parçaladı – VİDEO

Day.Az представляет новость на азербайджанском языке

Misirdə şir tamaşa zamanı təlimçiyə hücum edib.

Day.Az oxu.az-a istinadən bildirir ki, sirkin 35 yaşlı əməkdaşı İslam Şahin eyni vaxtda üç heyvana nəzarət edərkən yırtıcılardan biri ona hücum çəkib. Təlimçinin həmkarları onu xilas etmək üçün heyvanları uzaqlaşdırıblar, lakin Şahin xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd olunur ki, insident zamanı tamaşanı izləyənlər arasında uşaqlar da olub.

Sirk rəhbərliyi bildirib ki, təlimçiyə hücum edən şiri hazırda baytarlar müayinə edirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.