Bakıda avtobusda gizlənib oğurluq edirmiş

Day.Az представляет новость на азербайджанском языке

Günorta vaxtı nahar fasiləsinə gedən sürücülər qayıdarkən avtobusun qarət edildiyini görüblər.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Abşeron rayonu Xırdalan şəhərində baş verən hadisə bir neçə gün davam edib. 10-dan çox sürücünün şikayətindən sonra polis əməliyyat qrupu yaradaraq, cinayətkarın tutulmsı üçün tədbirlər görüb.

Çox çəkməyib ki, hadisəni törətməkdə şübhəli bilinən Tovuz sakini Seymur Vəliyev 596 saylı xətt üzrə hərəkət edən avtobusdan oğurluq edərkən iş başında saxlanılıb. Saxlanılarkən o, əməllərini etraf edib. Bildirib ki, avtobus sonuncu dayanacağa çatdıqda oturacaqların arasında gizlənirmiş ki, sürücü onu görməsin.

Seymur Vəliyev idarədə dinidirilərkən əlavə olaraq bir minik avtomobilindən də oğurluq etməsini etiraf edib.

O, avtomobildən sənəd, pul və maqnitafon oğurlayıb. Aşkar edilən faktlarla əlaqədar cinayət işi başlanıb, istintaq davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.