"Bacımın övladlarını öz oğlumdan ayırmıram" - Xalq artisti
Day.Az представляет новость на азербайджанском языке
Xalq artisti Gülyanaq Məmmədova "10-dan sonra" verilişinin qonağı olub.
Big.az xəbər verir ki, müğənni həmkarlarının səhər efirlərində mahnı oxumaqdan imtina etməsindən söz açıb:
"Adətən deyirlər ki, səhərlər səsim işləmir. Səs niyə işləməsin? Axşamdan çoxlu yağlı yemək yesən, səhər də səs işləməz. Səsi Allah verib bizə, qorumağı bacarmalısan" .
G.Məmmədova övladları arasında heç bir fərq qoymadığını bildirib:
"Heç bir övlad arasında fərq qoyulmamalıdır. Valideyn elə eləməlidir ki, uşaq onu hiss eləməsin. Düzdür, hamı balacanı daha çox əzizləyir, gələn qonaq da onu öpür. Amma birinci böyüyü, sonra balacanı əzizləmək lazımdır. Nə qədər balacaya meyilli olsan da bir fikrin böyükdə olsun".
Müğənni Gülyaz isə bacısının övladlarını öz oğlundan ayrı tutmadığını söyləyib:
"Mən belə fikirləşirəm ki, oğlana daha çox baxım lazımdır. Sanki, qız bir az böyüsə özünə baxa bilir. Amma oğlanlar daim nəvaziş istəyir, üstün olmağı sevir".
Qeyd edək ki, sənətçi dördüncü dəfə ana olmağa hazırlaşır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре