Hakim səhvlərinə görə çempionatdan imtina etdilər

Day.Az представляет новость на азербайджанском языке

"Zamalek" futbol klubu bu il ərzində üçüncü dəfə Misir çempionatında çıxış etməkdən imtina edib.

Day.Az goal.az-a istinadən xəbər verir ki, klub prezidenti Mortada Mansur səbəb kimi hakim ədalətsizliyini göstərib. 

"Biz bu mövsüm bir daha çempionatda çıxış etməyəcəyik. Referi İbrahim Nur əl-Din əsl rüşvətxordur. Hakimlər bizi öldürürlər, Misir Futbol Federasiyası isə heç bir addım atmır. Klubumuzun Direktorlar Şurası belə davam etməyin əleyhinədir. Biz ya növbəti matça çıxmayacağıq, ya da mən gedəcəyəm", - M.Mansur bildirib. 

Qeyd edək ki, "Zamalek" Afrikanın ən titullu klublarındandır. Bu komanda 5 dəfə Afrika Çempionlar Liqasının, 12 dəfə Misir çempionatının, 22 dəfə ölkə kubokunun qalibi olub. "Zamalek" 2015-ci ilin dekabrında və 2016-cı ilin mayında Misir çempionatından çıxdığını bəyan etsə də, yekunda çıxışlarını davam etdirməli olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.