Elza: "Atam qızları olduğu üçün üzüldü" - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
"Atam qızları olduğu üçün üzüldü"
ARB TV-nin efirində yayımlanan "Ömrün fəsilləri" verilişinin qonağı olan əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamalar verib:
"Atam çox istəyirdi ki, oğlu olsun. Biz 4 bacı idik. Qohumlarımızda, atamın dostlarında hərəsinin 3-4 oğlu var idi. Atamda isə ancaq qız. Bu da onda məyusluq yaradardı. Biz hələ dünyaya gəlməmişdən öncə atam bizim adımızı hazırlayardı. Birimizə Otella, birimizə Araz, birimizə Kür və s. Atam vətənpərvər idi. Çoxlu kitablar oxuyurdu. Artıq bir-bir bacım olduqca atam kövrəldi. Artıq 4-cü bacım olanda atam Rusiyadan eşitdi və heç gəlmədi. Deyilənə görə, atamın Rusiyada oğlu oldu və o uşaq onu oraya bağladı".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре