Abbas: "Həmişə polis, detektiv rolunda olmaq istəmişəm"

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Abbas Bağırov rejissorlardan film təklifləri aldığını deyib. 

Axşam.az-ın məlumatına görə, müğənni "MUZ TV"yə açıqlamasında bildirib ki, yüksək qonorar tələb edir:

"Məni dəvət etməkləri rejissorlara baha başa gəlir. Qonorarım həddindən artıq çoxdur. Müəyyən filmlərə təklif ediblər, sadəcə olaraq rol məni qane etməyib.

Həmişə polis, detektiv rolunda olmaq istəmişəm. Cinayətkarları axtaran bir şəxsi oynamaq istəyirəm. Həyatda o cür olmaq istəmərəm. Romantik janrda da olar, tərəf-müqabilləri çoxdur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.