Qaxda avtomobil yanıb - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Qax rayonunda avtomobil yanıb.
Day.Az report-a istinadən xəbər verir ki, rayon sakini Bəxtiyar Bayramovun idarə etdiyi 16-BA-253 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2109" markalı avtomobil hərəkətdə olan zaman birdən alışıb.
Hadisə yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (RDYMH) iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Avtomobilin mühərrikxanası yanğından mühafizə olunsa da salon və yük yeri tamamilə yanaraq, yararsız hala düşüb. Sürücü yanğın zamanı avtomobildə olub və xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре