Tovuzda 29 yaşlı qadın zəhərlənib

Day.Az представляет новость на азербайджанском языке

Tovuz rayonunda 29 yaşlı qadın zəhərlənib. 

"Report"un verdiyi məlumata görə, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb. 
Belə ki, 1987-ci il təvəllüdlü Arzu Vidadi qızı Vəliyeva evində zəhərlənib. Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A.Vəliyevaya həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. Hazırda reanimasiya şöbəsinə yerləşdirilmiş xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Onun hansı şəraitdə və nədən zəhərləndiyi araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.