Monika Beluççinin Moskva səfəri zamanı xoşagəlməz anlar yaşanıb
Day.Az представляет новость на азербайджанском языке
Dünya şöhrətli aktrisa Monika Beluççinin Moskva səfəri zamanı xoşagəlməz anlar yaşanıb.
Day.Az axşam.az-a istinadən bildirir ki, aktrisanın cangüdənləri iki rus vətəndaşını döyüblər. Belə ki, Monika otellərdən birinə rəsmi nahara dəvət alıb. Bu zaman rusiyalı müxbir və fotoqraf ona yaxınlaşaraq, müsahibə almaq istəyiblər. Lakin cangüdənlər onları Belluççiyə yaxın buraxmayıblar.
Bundan əsəbləşən fotoqraf cangüdənləri söyməyə başlayıb. Təhqirə dözməyən cangüdən onu yerə yıxaraq döyüb. Araya müxbir və digər cangüdənlər də giriblər.
Fotoqrafın verdyi məlumata görə, onun aparatına ziyan dəyməsə də, amma özü və yoldaşı yaxşıca zədələniblər.
Xatırladaq ki, Monika Rusiyaya "Saman yolu" filminin təqdimat mərasiminə qatılıb. Bu, onun ölkəyə ikinci səfəridir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре