Rusiya-Türkiyə ittifaqı Qarabağ problemini həll edə bilər

Day.Az представляет новость на азербайджанском языке

Yanvarın 23-də Rusiya və Türkiyə Suriya ilə bağlı Astanada razılıq əldə etməyə çalışacaq.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Suriya məsələsini həll edən bu ittifaq gələcəkdə Dağlıq Qarabağ probleminin də ədalətli həllini sürətləndirə bilər:

"Hər iki dövlət Əsəd rejimini Suriyanın siyasi və hərbi müxalifəti ilə barışdırmaq istəyir. Rusiya-Türkiyə ittifaqı Qərbə sübut etmək istəyir ki, Vaşinqton və Brüsselin iştirakı olmadan da Suriya problemini yoluna qoya bilər. Görəsən, eyni ittifaq Qərbi kənarda qoyaraq Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini də sürətləndirə bilərmi? Ankara buna hazırdır. Yetər ki, Moskva, nəhayət ki, konkret mövqe ortaya qoysun. 2017-ci ildə bu ittifaqın daha hansı imkanlara malik olacağını müşahidə etmək imkanı qazanacağıq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.