Day.Az представляет новость на азербайджанском языке

11 yanvar 2017-ci il tarixində Xəzər Universitetinin Dünya Məktəbində Misir Mədəniyyət günü keçirilib. "Elçi daşı " layihəsi çərçivəsində həyata keçirilən bu tədbirin məqsədi Azərbaycandakı səfirliklər, xarici ölkələrin mədəniyyət mərkəzləri ilə bərabər əməkdaşlıq etmək, şagirdləri ölkələrlə daha yaxından tanış etməkdir.

Tədbirdə Misirin Azərbaycandakı Fövqəladə və səfiri Suzan Cəmil, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, İordaniyanın, Sudanın səfirləri və Səudiyyə Ərəbistanı, Mərakeş, Küveyt, Əlcairin və digər ərəb ölkələrinin səfirliklərinin nümayəndələri, Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının müavini Aygün Əliyeva, Millət vəkili, professor Nizami Cəfərov, Xəzər Universiteti və Dünya məktəbinin təsisçisi, professor Hamlet İsaxanlı və digərləri iştirak edirdilər. Çıxışlarda Azərbaycanla Misirin müştərək mədəni bağlarından, dost ölkə olaraq münasibətlərindən söz açdılar. Çoxlu sayda qonaqların və media mənsublarının iştirak etdiyi bu tədbirdə qədim ərəb əfsanəsi "Leyli və Məcnun"un klassik ədəbiyyatımızda özünəməxsus yerindən söz açıldı.

Şagirdlərin ifasında Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasından səhnələşdirilmiş parça hər kəsdə maraq yaratdı. Eyni zamanda "Misir şagirdlərin gözü ilə" başlığı altında uşaqların rəsm əsərləri və inşa - yazılarından ibarət sərgi, Misir haqqında təsəvvürləri genişləndirən eksponatlardan ibarət sərgi də yüksək dəyərləndirildi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.