Əli Əkbərin Naza elçi düşməsi mübahisəyə səbəb olub

Day.Az представляет новость на азербайджанском языке

Bir neçə ay əvvəl bir-birinə dəlicəsinə aşiq olub nişanlanan Naz və Baha cütlüyü Zuhal Topalın evlilik verilişini bir-birinə qatıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı model Əli Əkbərin Naza elçi düşməsi mübahisəyə səbəb olub. Belə ki, Baha keçmiş nişanlısı Nazın hələ də ona aldığı boyunbağını taxdığını iddia edib. Bundan sonra Naz boyunbağı boynundan çıxarıb Bahaya geri verib. Naz Bahaya qarşı artıq bir şey hiss etmədiyini, Bakıdan gələn Əli ilə münasibətlərini davam etdirmək istədiyini bildirib.

Onu da qeyd edək ki, bir dəfə evli olan Nazın bir qızı var.

Xatırladaq ki, Türkiyənin bir çox evlilik verişlərində baş verənlər ssenari əsasında qurulur. Namizədlər isə yüksək qonorar müqabilində verilişdə hər cür rola girməyə razı olur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.