Avtomobilin hava filtri sizi ziyana sala bilər

Day.Az представляет новость на азербайджанском языке

Son dövrlər Bakıda bir çox maşında sürücülərin chr("39")chr("39")injektor işığıchr("39")chr("39") kimi tanıdığı işıq yanır. Bu isə yanacaq sərfiyatını artırır, mühhərikin iş sistemini pozur. Buna görə əksər sürücülər böyük xərclər çəksə də, mütəxəssislər problemin hava filterini zamanında dəyişməməkdən qaynaqladığını bildirir.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, mütəxəssislər son zamanlar injektorun işığının yanması hallarının artmasını, avtomobilin mühhərikində olan oksigen sensorunun sıradan çıxması ilə izah edirlər. Bu hal yanacaq sərfiyyatına da təsir edir.

Oksigen filtri xarab olan avtomobillərdə benzin sərfiyyatı hətta 30 faizə kimi arta bilir.

Avtomobillər üçün hava filtrinin qiyməti marka və modelindən asılı olaraq, 8-15 manat arasında dəyişsə də, oksigen sensorunun qiyməti 80-120 manat arasındadır. Bakıda adətən hava küləkli və tozlu olduğundan sürücülər xüsusi ilə diqqətli olmalı,  həm mühərrik, həm də avtomobilin salonunun hava filtrini mütəmadi olaraq dəyişdirməlidirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.