Aralıq dənizində zəlzələ olub

Day.Az представляет новость на азербайджанском языке

Aralıq dənizində Rixter şkalası üzrə 3,8 bal gücündə zəlzələ baş verib.

Day.Az "Report"a istinadən bildirir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:14-də qeydə alınıb. Zəlzələ ocağı Türkiyənin Antalya şəhərində, 44 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Antalyanın bir sıra ərazilərində hiss edilib.
Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.