Obama gethagetdə daha bir mübahisəli qərar verdi

Day.Az представляет новость на азербайджанском языке

ABŞ administrasiyası ölkəyə vizasız gələn kubalılara yaşayış hüququnun verilməsini nəzərdə tutan siyasətdən vaz keçib.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə prezident Barak Obamanın bəyanatında bildirilir.  

"Qərar dərhal qüvvəyə minir, bu səbəbdən ABŞ-a qeyri-qanuni daxil olmağa cəhd edən və humanitar yardıma iddia edə bilməyən Kuba vətəndaşları qanunvericiliyə uyğun olaraq ölkədən çıxarılacaqlar", - deyə bəyanatda qeyd olunur.   
 
Prezident kubalı qeyri-qanuni miqrantlarla digər ölkələrdən gələn qaçqınlar kimi davranılacağını qeyd edib.  Onun sözlərinə görə, Kuba hökuməti geri qaytarılan şəxsləri qəbul etməyə razılıq verib.  
 
Qeyd edək ki, bundan əvvəl ABŞ-da "yaş ayaq - quru ayaq" siyasəti tətbiq edilib. Bu siyasət ölkəyə vizasız gələn kubalılara yaşayış hüququnun verilməsini nəzərdə tuturdu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.