Müğənni “Reina” qətliamını ələ saldı

Day.Az представляет новость на азербайджанском языке

Fransız müğənni Frederic Fromet Yeni il gecəsi İstanbulda baş verən terror hadisəsinə mahnı həsr edib.

Qafqazinfo xəbər verir ki, Fromet məşhur "Makarina" mahnısının sözlərini dəyişdirərək qətliamı ələ salıb.

Radio verilişində qonaq olan sənətçi musiqini canlı ifa etməyə başlayıb. Qonaq olan şəxslər isə ifa zamanı gülüblər.

Mahnının sözlərində "Bombalama hərəkəti İstanbulda çox gözəl keçir. Hələ "Reina"da... Əgər terrorda bizdən biri ölübsə, problem var. Yoxdursa, bizim üçün problem deyil.

Türklər ağlamalı gözəl bir Yeni il keçirdi. İsti diskotekada oynayarkən bomba partladı və hamısı öldü. Gözəl bir Yeni il... Suriyadasınız, amma öz dərdinizlə məşğul olun" kimi ifadələr işlədilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.