Bakıda eyni küçədə avtomobil 2 qadını vurdu

Day.Az представляет новость на азербайджанском языке

Bakıda eyni küçədə baş verən 2 yol-nəqliyyat hadisəsi nəticəsində 2 qadın xəsarət alıb.

Day.Az report-a istinadən xəbər verir ki, hər iki hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, rayonun Kislorod küçəsində "KamAZ" markalı yük avtomobili azyaşlı uşağı ilə yolu keçmək istəyən 31 yaşlı Kəmalə Həsənovanı vurub. Hadisə zamanı K.Həsənova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər hadisə zamanı isə "Kia" markalı avtomobil 59 yaşlı Məlikova Saray Allahverdi qızını vurub. S.Məlikova xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.