“İnstagram” fenomenlərinin “Üç badam bir qoz” filminin qala gecəsindən

Day.Az представляет новость на азербайджанском языке

Dünən Nizami Kino Teatrında "Üç badam bir qoz" filminin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, komediya filminin baş rollarında instagramda paylaşdıqları gülməli videolar sayəsində məşhurlaşan Sabir Samiroğlu, Altun Mətləboğlu, Mənsur Şərif, Rəsul Abbasov və başqa gənc aktyorlar çəkilib. Filmdə həmçinin Cəmilə Tağızadə və Şəhriyar Əbilov kimi məşhur aparıcılar da rol alıb.

Filmin rejissoru Rəfail Bağırzadədir.

Qala gecəsində filmin yaradıcı heyəti ilə yanaşı Oksana Rəsulova, İlkiin Həsəni, Ruhi Əliyeva, Sevil və Sevinc bacıları, Fərda Xudaverdiyev, Emil Bədəlov, Samiraldo, Afaq Gəncəli və digər tanınmışlar iştirak edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.