Çavuşoğlu: "Aİ Kiprdə təhlükəsizliyin qarantı ola bilməz"

Day.Az представляет новость на азербайджанском языке

"Ankara Kipr üzrə qarant-ölkələrin rolunun Avropa İttifaqına (Aİ) keçməsinin qəti əleyhinədir".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cenevrədə Kiprlə bağlı keçirilən beynəlxalq konfransın yekunlarına dair fikir bildirərkən deyib.

Qeyd edək ki, Kiprə müstəqillik verilməsi üzrə 1960-cı il razılaşmasına əsasən, Kiprin müstəqilliyi və təhlükəsizliyinin qarantları qismində Böyük Britaniya, Yunanıstan və Türkiyə seçilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.