Mərkəzi Bank növbəti dəfə depozit hərracı keçirəcək

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən APA-ya verilən məlumata görə, yanvarın 17-də keçiriləcək depozit hərracında 15 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.