Kirayədə yaşadığı evdə yanıb öldü

Day.Az представляет новость на азербайджанском языке

Şəmkir rayonunda kirayədə yaşayan şəxs evdə yanıb ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 12-də saat 7 radələrində Şəmkir rayonunun Yeni Həyat kənd sakini Xumar Həsənovanın evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra orada kirayədə yaşayan Daşkəsən rayon sakini Rafiq Əsgərovun yanmış meyiti tapılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.