İki "06" toqquşdu - 5 yaralı

Day.Az представляет новость на азербайджанском языке

Gəncədə yol qəzası baş verib.

ARB Kəpəz xəbər verir ki, "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Zərəçəkənlər Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. 19 yaşlı Adil Mahmudovun vəziyyəti orta-ağır olduğundan ilkin yardımdan sonra palataya yerləşdirilib. Digər zərərçəkənlər ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
İki