Bərdədə 13 yaşlı yeniyetmə döyülərək öldürülüb

Day.Az представляет новость на азербайджанском языке.

Bərdə rayonunda qətl hadisəsi baş verib. 

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun Şorkanal ərazisində baş verib.
Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 2003-cü il təvəllüdlü Həsrət Sabir oğlu Mirzəməmmədov naməlum şəxs tərəfindən döyülərək öldürülüb.
Qeyd edək ki, ailə həmin ərazidə təsərrüfat işləri ilə məşğul olurmuş. Yeniyetmə də orada mal-qara otarırmış.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.