https://news.day.az/azerinews/859194.html Türkiyə aviaşirkəti: "Ekipaj üzvlərinin taleyini öyrənməyə çalışırıq"

Türkiyə aviaşirkəti: "Ekipaj üzvlərinin taleyini öyrənməyə çalışırıq"

Azərbaycanca, 16 января 2017 11:10 (UTC +04:00) 1 050
Türkiyə aviaşirkəti: "Ekipaj üzvlərinin taleyini öyrənməyə çalışırıq"

Day.Az представляет новость на азербайджанском языке

Bu gün səhər saatlarında Bişkek yaxınlığında qəzaya uğramış "Boeing 747-400" yük təyyarəsinin məxsus olduğu Türkiyənin "АСТ" aviaşirkətindən bildiriblər ki, qəzanın baş vermə səbəbləri hələ məlum deyil.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən məlumat veriblər.

Mətbuat xidmətindən bildiriblər: "Təəssüflə bildiririk ki, Honkonqdan Bişkekə uçan yük təyyarəmiz naməlum səbəblərdən qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır, hazırda ekipaj üzvlərinin taleyini öyrənməyə çalışırıq".

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında yaşayış məntəqəsi üzərində qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости