"Elə bildik zəlzələ baş verir" - "Boeing"in qəzaya uğradığı qəsəbə sakinləri
Day.Az представляет новость на азербайджанском языке
Qırğızıstanda Türkiyəyə məxsus "Boeing 747-400" yük təyyarəsinin qəzaya uğradığı Daça-Suu qəsəbəsinin sakinləri qəzadan sonrakı anları təsvir ediblər.
Day.Az Trend-ə istinadən bildirir ki, sakinlər təyyarənin binaya çırpıldığı an bərk uğutu səsi eşidiblər və zəlzələ baş verdiyini güman ediblər.
Bundan başqa, sakinlərin sözlərinə görə, təyyarə qəzalı eniş edərkən ərazidəki ağacların yuxarı hissələrini qırıb. Hazırda təyyarənin qalıqları ağaclaırn başında qalmaqdadır.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре