Gənclər günündə Moskvada mükafat alacaqlar

Day.Az представляет новость на азербайджанском языке

2 Fevral Gənclər Günü münasibətiylə Moskvada mükafatlandırma mərasimi keçiriləcək.

Axşam.az xəbər verir ki, tədbirin təşkilatçısı Rusiya Azərbaycan Gənclər Təşkilatı (AMOR), Gənclər və İdman Nazirliyi, "V&V company", aparıcı Sərxan Kərəmoğludur.

Aparıcılığını Lamiyyə Ələkbərqızının və Afaq Gəncəlinin edəcəyi gecədə aparıcı Nəsib Nur, müğənnilər Elçin Cəfərov, Samir Piriyev, Gülay Zeynallı, Emil Bədəlov, Aysel Əlizadə, Yaşar Yusub, Bahh Tee və başqaları mükafatlandırılacaqlar. Mərasimin xüsusi qonaqları "Bozbash pictures" komandasının üzvləri və ifaçılar Adil Karaca, Soqdiana olacaq.

S.Kərəmoğlu bildirib ki, artıq tədbirə biletlər qalmayıb:

"Biletləri çox ucuz qiymətə satışa qoyduq ki, gənclər də ala bilsinlər. On gündür satışda bilet qurtarıb. Bu cür hadisə sonuncu dəfə 1999-cu ildə Nəsibə Zeynalova Rusiyaya gələndə olub".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.