"Məni gözdən salmağa çalışırlar"

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Elza Seyidcahan həmkarlarını oğurluqda günahlandırıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, müğənni "10-dan sonra" verilişində onun şeirlərinin oğurlandığını deyib.

O bildirib ki, həmkarları onun arxasınca danışaraq onu reklam edirlər:

"Bəziləri məni gözdən salmağa çalışırlar. Üzümə gülənlər, arxamca danışırlar. Başqa adlarla girib mənə təhqirlər yazırlar. Şeirimdən bir söz götürüb, o mövzuda başqa bir şeir yazırlar. Elə bu yaxınlarda "Zad qalmışam" şeirimdəki bu ifadəni götürüb başqa şeir yazmışdılar. Bəzi müğənnilər özlərinə vaxt ayırmaldırlar ki, məni keçsinlər. Amma mənə vaxt ayırıb, məni reklam edirlər".

E.Seyidcahan "İkinci dəfə ailə qurmağı düşünmürsünüz" sualına belə cavab verib:

"İstəmədən mənim də həyatım belə gətirdi. İnanmıram, adama imam sifətində gəlir, sonra dəyişirlər. Olacaq, Allahın öz planı var. Həyat davam edir, niyə olmasın ki? Olmayacaq desəm, demək həyatım bitib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.