Cocuq Mərcanlıya qayıdış - Bir ay qaldı

Day.Az представляет новость на азербайджанском языке

Cəbrayıl rayonunu erməni işğalından azad edilmiş Coquq Mərcanlı kəndinin ilkin mərhələdə 10 hektar ərazisi minalardan, partlamamış hərbi sursatlardan (PHS) və mərmilərdən tam təmizlənəcək. Hava şəraitini də nəzərə almaqla işlərin yaxın bir ay ərzində tamamlanması planlaşdırılır.

Milli.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nın nümayəndəsi Feyruz Mahmudov bildirib.

O qeyd edib ki, kəndin ərazisinin tam təmizlənəcəyi barədə yekun fikri bir müddət sonra söyləmək mümkün olacaq:

"Ümumilikdə kəndin ərazisi 247 hektardır. İlkin mərhələdə 50 ailənin kəndə köçürülməsi üçün 10 hektar ərazi təmizlənəcək. Ərazi təmizləndikdən sonra aşkar edilmiş silah-sursatın analizi aparılacaq və onların əsasında ikinci mərhələyə keçiləcək. Ondan sonra kəndin hansı müddətə tamamilə minalardan və PHS-lərdən tam təmizlənəcəyini demək mümkün olacaq. Burada söhbət təkcə evlərdən və həyətyanı sahələrdən yox, həm də əkin-biçin sahələrindən də gedir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.