Misirin Azərbaycandakı Səfirliyinin nümayəndəsi Respublika Uşaq Kitabxanasında olub - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Fevral ayının 9-da Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi F. Köçərli adına Respublika Uşaq Kitabxanasında olub.
Bu barədə Day.Az-a səfirliyin mətbuat xidmətindən bildirilib.
Qonağı kitabxananın direktoru Şəhla Qəmbərova qəbul etmişdir. Kitabxana haqqında məlumat verən direktor əməkdaşlıq məqsədi daşıyan görüş zamanı kitabxananın yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, xarici ölkə kitabxanaları ilə birgə layihələrdən bəhs etmişdir. Uşaq ədəbiyyatının inkişafının vacibliyini vurğulayan tərəflər bu sahənin inkişafı üçün bir sıra layihələri həyata keçirmək məqsədilə təkliflər irəli sürdülər. Təkliflər arasında Respublika Uşaq Kitabxanasında Misir Uşaq Kitabı həftəsinin keçirilməsi, kitabxanada uşaqlar üçün Misir mədəniyyətini əks etdirən sərgilərin təşkili, Misir uşaq nağıllarının və hekayələrinin Azərbaycan dilinə tərcümə olunması, Nağıl saatlarında Misir nağıllarının oxunması və s. müzakirə olundu. Sonda mərkəzin rəhbəri Əhməd Sami Elaydi Misir uşaq ədəbiyyatından 60 nüsxə kitabı kitabxanaya hədiyyə etdi.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре