Aşıq Əlinin "Range Rover"i yenə kameraya düşdü

Day.Az представляет новость на азербайджанском языке

Son vaxtlar yol polisi ilə qalmaqallar yaşayan Aşıq Əliyə məxsus avtomobilin qayda pozuntusu kameralara düşüb.

Day.Az avtosver.az-a istinadən xəbər verir ki, fevralın 10-da Bakı Dairəvi yolunda Aşıq Əliyə məxsus 10-OD-030 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin kim tərəfindən idarə edilməsi məlum olmasa da, sürücünün qayda pozması kameraya düşüb.

Həmin avtomobilin sürücüsü sağa - "Meyvəli" istiqamətinə dönmək üçün sol zolaqdan birbaşa sağa dönərək digər zolaqda hərəkət edən avtomobilə təhlükə yaradıb.

Qeyd edək ki, keçən il Aşıq Əli xeyli miqdarda ödənilməyən cəriməsi olduğu üçün sürücülük hüququndan məhrum edilib. Lakin ötən il dekabrın 27-də, saat 19:06-da əməkdaşımız "Qələbə" dairəsindən üzü şəhər istiqamətində hərəkət edərkən həmin avtomobilin sükanı arxasında Aşıq Əlinin olduğunu görüb. Aşıq Əli həmin yolla hərəkət edərkən birinci kəsişmədə qarşıdan gələn avtomobillərin yoluna çıxaraq sola hərəkət edib. Hansı ki, orada hərəkət yalnız düzünədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Aşıq Əlinin