Andrey Karlovun qətli ilə bağlı daha bir nəfər saxlanıldı

Day.Az представляет новость на азербайджанском языке

Day.Az "Haberler"ə istinadən bildirir ki, Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun, silahlı hücumla öldürülməsi ilə bağlı istintaq daxilində, terrorçu Mevlüt Mert Altınbaş ilə telefon əlaqəsi olduğu təsbit edilən daha bir nəfər nəzarətə alınıb.

Terrorçu ilə telefon əlaqəsi təsbit EDİLDİ

Ankara Təhlükəsizlik İdarəsi, Terrorla Mübarizə Şöbəsi İdarəsi qrupları və istintaqı icra edən Respublika Prokuroru Adəm Akıncının təlimatıyla, Altınbaş ilə telefon əlaqəsi təsbit edilən E.B-a nəzarətə alınıb. Şübhəlinin ifadəsini almaq üçün onu daha təhlükəsiz əraziyə aparıblar.

İstintaq çərçivəsində hələ də 2-si polis məmuru olmaqla 3 məhbus var.

Xəyal Abdullayev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.